ABŞ Prezidenti Cozef Bayden "TikTok"u ABŞ-də qadağan edə biləcək qanun layihəsini imzalayıb. Manset.az xəbər verir ki, qanun layihəsinə əsasən, "TikTok"un sahibi olan "ByteDance" şirkətinə tətbiqdən imtina etmək üçün 9 ay vaxt verilir, əks halda o, ABŞ-də bloklanacaq. Qeyd edək ki, şirkətin qanuna məhkəmə çərçivəsində etiraz edəcəyi gözlənilir.