Uelsin Ammanford şəhərindəki “Amman Valley School”a bıçaqlı hücum olub.
“Qafqazinfo” xəbər verir ki, nəticədə 3 nəfər yaralanıb.
Hadisə yerinə çox sayda polis və tibbi yardım qrupu cəlb olunub.
Hücumu törətməkdə şübhəli bilinən 1 nəfər saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.