Azərbaycan Kubokunun finalında "Qarabağ" "Neftçi"ni 4:1 hesabı ilə məğlub edərək, növbəti raunda vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyunu şərh edib:
"Futbolçularımı təbrik edirəm, finala vəsiqə qazandılar. Ölkə kuboku əlavə prestijdir, hər futbolçu başı üzərinə qaldırmaq istəyər. Şükürlər olsun, qazandıq. Razı qaldım. "Neftçi"yə uğurlar arzulayıram".