Azərbaycan Kubokunun finalında "Neftçi" "Qarabağ"a 1:4 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç oyunu şərh edib:
"Oyunun nəticəsi həm "Qarabağ"a həm bizə təsir göstərdi. Birinci hissədə diqqətçəkən anlar müşahidə olunmadı, ikinci hissədə maraqlı epizodlar oldu. Bu oyunda özünü göstərmək imkanı olmayan futbolçulara şans verildi".