Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.
Publika.az xəbər verir ki, yarımfinalın cavab matçında "Qarabağ" "Neftçi"ni sınağa çəkib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1.
"Köhlən atlar"da qolları 16, 69-cu dəqiqələrdə Olavio Juninyo, 74-cü dəqiqədə Nəriman Axundzadə vurub, 62-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub. 64-cü dəqiqədə Reziuan Mirzov "ağ-qaralar"ın təsəlli qoluna imza atıb.