Bakı, 24 aprel, AZƏRTAC
Bu gün Azərbaycan Kubokunda finala çıxan ikinci komandanın adına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, "Qarabağ" ilk oyunda 4:0 hesabı ilə qalib gəldiyi "Neftçi"ni Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 16-cı dəqiqədə Olavio Juninyo açıb. Qonaqların heyətində 61-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub. Ruslan Mirzov 63-cü dəqiqədə fərqi azaldıb. Juninyo 69-cu dəqiqədə dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 78-ci dəqiqədə Nəriman Axundzadə müəyyənləşdirib.
Yarımfinalın ilk görüşündə "Zirə" səfərdə "Qəbələ"yə iki cavabsız topla qalib gələrək finala yüksəlib. Bu komandalar arasında ilk oyunda da "qartallar" 2:1 hesabı ilə qələbə qazanmışdı.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da olacaq.
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/w_1617139818046458924912_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/w_161713981804454364953_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/w_1617139818041999150979_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/w_1617139818041298964187_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/w_1617139818044561713638_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/w_161713981804665610828_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/w_1617139818045594529304_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/w_1617139818043829224829_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/w_161713981804993044247_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/w_161713981804162255725_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/w_1617139818042555034139_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/w_161713981804609618467_1200x630.jpg)