EN

Şəkidə və Masazırda ikimərtəbəli ev yandı

Şəkidə ikimərtəbəli ev yanıb.Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, Şəki şəhərində ümumi sahəsi 182 m² (hər mərtəbəsi 91 m²) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, bitişik sahəsi 30 m² olan mətbəxin yanar konstruksiyaları, sahəsi 6 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Bundan başqa, Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 130 m² olan ikimərtəbəli 4 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yüksək temperaturdan 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd televizor və 1 ədəd kondisioner qismən əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
126
6
olaylar.az

10Sources