EN

O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı

“Cavanşirsiz səhnəni tərk edirəm”.

OXU24.COM  xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildirib.

30 ildən çox mərhum Əməkdar artist Cavanşir Məmmədovla duet ortağı olan F.İbadovanın verdiyi məlumata görə, o bu gündən etibarən səhnəyə əlvida deməyi qərara alıb.

“Cavanşirsiz səhnəyə çıxmağa son qoydum. Daha efirlərdə görməyəcəksiniz məni. Onunla bərabər gəldim, o getdi, mən də daha yoxam! - deyən Firuzə xanım dəvət aldığı toylardan da uzun müddət imtina etdiyini vurğulayıb. - Bir də nə vaxtsa xarici ölkədə səhnəyə çıxma ehtimalım ola bilər... Əlvida, səhnə!”

Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov aprelin 20-də qəfil vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
47
Sources
Comment ()
Close