“İnter” yeni mövsüm heyətini gücləndirmək üçün indidən hərəkətə keçib.
Sportinfo.az “Tuttosport”a istinadən xəbər verir ki, bu mövsüm “Bolonya”nın uğurlu nəticələr qazanmasında pay sahiblərindən olan Rikkardo Kalafiori Milana köçə bilər. “
Nerazzura” 21 yaşlı müdafiəçi üçün “Bolonya” ilə danışıqlara başlayıb.
İtaliyanın U-21 yığmasının sabiq üzvü özü də, daha iddialı komandada oynamağı planlaşdırır.
“İnter” isə Kalafioriyə 5 illik müqavilə təklif edəcək. Klublar maliyyə məsələlərində razılıq əldə edərsə, italiyalı müdafiəçi yeni mövsümə çempion komandada başlayacaq.
Mövsümün əvvəlində “Bolonya”ya keçən futbolçunun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
“Roma”nın yetirməsi olan futbolçu “Cenoa”, “Bazel”də də çıxış edib. Əlavə edək ki, “Bolonya” 33 turdan sonra 62 xalla 4-cü pillədədir və üçüncü pillədəki “Yuventus”dan cəmi 2 xal geridə qalır.