Qanuna dəyişiklik qəbul olunacağı halda "Dekstrometorfan" maddəsi olan mürəkkəb tərkibli dərman preparatlarının sahibkarlar tərəfindən ölkəyə gətirilməsindəki qadağa aradan qaldırılacaq.
Musavat.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na dəyişikliyi şərh edərkən deyib.
“Bu qeydin müəyyən edilməsi layihənin qəbul olunacağı təqdirdə "Dekstrometorfan" maddəsi olan mürəkkəb tərkibli dərman preparatlarının sahibkarlar tərəfindən ölkəyə gətirilməsindəki qadağanın aradan qaldırılmasını, əhalinin qeyd edilən dərman preparatlarına əlçatanlığını təmin edəcək”, - deyə deputat bildirib.
Qeyd edək ki, dəyişiklik Milli Məclisin aprelin 23-də keçirilən plenar iclasında müzakirə edilərək birinci oxunuşda qəbul edilib.