EN

Azərbaycanda 14 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycan Mərkəzi Bankı 12 fiziki şəxsə sığorta agenti və 2 fiziki şəxsə sığorta brokeri fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.Missiya.Az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.Məlumata görə, bununla bağlı qərar aprelin 22-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.

Chosen
68
2
missiya.az

3Sources