EN

85 yaşlı təqaüdçünü zorlayaraq öldürən “Vaqner”çiyə bu cəza verildi

Rusiyanın Kirov məhkəməsi “Vaqner” PMC-nin keçmiş döyüşçüsünü 85 yaşlı təqaüdçünü zorlamaqda və öldürməkdə təqsirli bilərək 22 il müddətinə azadlıqdan məhrum edib.

Publika.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Bildirilir ki, müttəhim ötən ilin martında müharibə zonasından evə qayıdıb. O, dərhal qonşuları qorxutmağa başlayıb və kişilərdən birini öldürməklə hədələyib. Daha sonra o, təqaüdçü zorlayıb və bıçaqlayaraq öldürüb.

Həmin şəxs əvvəllər də məhkum olunmuşdu. O, sonuncu dəfə 2020-ci ildə qətl və quldurluq ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib. Bununla belə, maksimum təhlükəsizlik koloniyasından “Vaqner”in tərkibində döyüş bölgəsinə gedib.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
Sources
Comment ()
Close