Türkiyə terrorla mübarizədə Almaniya hakimiyyətindən daha çox dəstək və həmrəylik gözləyir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib.
O, həmçinin, iki ölkə arasında müdafiə sənayesində əməkdaşlığın dərinləşəcəyinə də inandığını vurğulayıb.