AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqasının 2023/2024 mövsümünün final oyununun yeri və başlama saatı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, yarışın həlledici görüşü mayın 24-də Şamaxı şəhər stadionunda baş tutacaq. Oyuna saat 16:00-da start veriləcək.
Qeyd edək ki, AFFA Region Liqasının 2023/2024 mövsümündə 1/4 final mərhələsinin ilk oyunları arxada qalıb. Cavab matçları isə aprelin 27-28-də keçiriləcək.