EN

Paşinyan Azərbaycana gələcək?

“Bu ilin axırına kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlana bilər.

Artıq mətn hazırdır və iki əsas razılaşmayan bəndlərdə razılaşma mərhələsindədir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə özünün f"acebook" hesabında yazıb. .

O, İrəvanın Bakı ilə sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu bildirib:

“Ermənistanin dörd kəndi geri verməsi N. Paşinyanın sülh müqaviləsinin bağlanmasında maraqlı olduğunu təsdiqlədi. Azərbaycanla Ermənistan sülhə tam yaxındır və ikitərəfli danışıqlarda ciddi problem qalmayıb.

Dörd kəndlə bağlı protokolun imzalanması, sülh müqaviləsi istiqamətində mühüm gedişdir. Bakı və Yerevan arasında etimad mühiti formalaşıb.

Ermənistan Baş naziri tarixi düşmənçiliyə son vermək üçün sülh müqaviləsi bağlandıqdan sonra, Azərbaycana səfər edə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
Sources
Comment ()
Close