EN

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Bakı, 24 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Azərbaycanda institusional repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi (DIRNA)” adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Jyvaskala Universitetində növbəti təlimlər keçirilir. Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən nümayəndələrin iştirak etdiyi təlim proqramında MDU-nu İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təmsil edir.

Bu barədə AZƏRTAC-a MDU-dan bildirilib. Təlimlərin əsas məqsədi Azərbaycan ali təhsil sistemində keyfiyyətli tədqiqat işlərinə əlçatanlığın təmin edilməsi istiqamətində Finlandiya təcrübəsindən faydalanmaq, təhsil-tədqiqat mühitinin formalaşmasına təsir edən amillərlə tanışlıq, müasir elektron universitet, kitabxana sisteminin qurulması haqqında məlumat əldə etməkdir.

Layihə çərçivəsində təlimlərdə iştirak edən universitet nümayəndələri Jyvaskala Universitetinin maddi-texniki bazası, kitabxanası və tədris binaları ilə tanış olublar.

Qeyd edək ki, Xəzər Universitetinin koordinatorluq etdiyi “DIRNA” layihəsi institusional repozitoriyalar (elektron arxiv) şəbəkəsinə açıq girişin təmin edilməsi yolu ilə tədqiqat nəticələrinin idarə edilməsi üzrə potensial yaratmaq məqsədi daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
1
azertag.az

2Sources

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh