"Qarabağ"ın hücumçusu Abdullah Zubir mövsümün sonu komandanı tərk etməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, fransalın futbolçu ilə bu dəfə "Tuluza" klubu yaxından maraqlanır. Liqa 1 təmsilçisi yay "transfer pəncərəsi"ndə 32 yaşlı oyunçu üçün Ağdam təmsilçisinə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Zubir daha öncə karyerasında Fransanın "Lans" və "Qrenobl" klublarında çıxış edib.