Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşlarına 3 il ərzində ölkədə vizasız qalmağa icazə verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın hüquq portalında dərc olunan hökumətin müvafiq qərarında deyilir.
Sənəddə deyilir: “Ukrayna vətəndaşlarının Gürcüstana vizasız daxil olmaq və 3 il qalmaq hüququ var".
Mətndə qeyd olunur ki, qərar “2024-cü il fevralın 24-dən sonra yaranan hüquq münasibətlərinə” şamil ediləcək.
2023-cü ilin fevralında Gürcüstan hökuməti ukraynalıların ölkədə 2 il vizasız qalmasına icazə vermək qərarına gəlib.
Telegram kanalımız