İspaniyanın "Atletik" komandasının futbolçusu İker Munyain mövsümün sonunda klubdan ayrılacaq.
"Report" xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Atletik"in yetirməsi olan 31 yaşlı vinger 2009-cu ildə əsas komandada debüt edib.
Kapitan 2020/2021 mövsümündə İspaniya Superkubokunun, cari mövsümdə isə ölkə kubokunun qalibi olub.