![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2019/10/7/1/5ab1ac7a-f5e0-4c1a-97ee-3b023753984a/musavat-partiyasi-logo.jpg)
Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə partiyadan APA-ya məlumat verilib.
Bildirilib ki, Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.
Bununla bağlı partiyanın müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib.