Azərbaycanda keçiriləcək COP29-un nə dərəcə əhəmiyyətli olduğu barizdir.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Belçika Hüquqşünaslar və Vasitəçilər assosasiyasının üzvü Jean de Brabander deyib.
O qeyd edib ki, bu tədbir vasitəsilə xarici media da Azərbaycanın gördüyü işlərdən xəbərdar olacaq.
“Azərbaycanın yanacaq istehsal edən ölkə olaraq COP29-a necə ev sahibliyi edəcəyi müzakirə edilir. ğBir məsələ aydın olmalıdır ki, Azərbaycan yaşıl enerjiyə keçid mövzusundə üzərinə məsuliyyət götürüb. Bu məsələyə ciddi şəkildə fokuslanıb”,- deyə o bildirib.
Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.