Sakit okeanda Panama sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Burika şəhərindən 76 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.