EN

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqləyib

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Bizimyol.info xəbər verir ki, ölkə telekanallarının efirindən yayımlannan iclasın görüntülərindən məlum olub ki, qanunvericilər bu paketi səs çoxluğu ilə təsdiqləyiblər. Beləliklə, 79 senator “lehinə”, 18 senator “əleyhinə” səslə sənəd qəbul edilib. Növbəti addım bu sənədin imzalanması üçün ABŞ prezidenti Co Baydenə verilməsi olmalıdır. ABŞ prezidenti Co Bayden aprelin 24-də Ukrayna, İsrail və Tayvana yardım paketini imzalayacaq. Ağ Evin saytında verilən məlumatda bildirilir ki, bu həftə Kiyevə silah tədarükünü bərpa edəcək. Bunu sənədin qəbul edilməsindən bir gün öncə Ukrayna Prezidenti V.Zelenski ilə telefon danışığı zamanı ABŞ-ın dövlət başçısı Bayden də vurğulamışdı. Xatırladaq ki, 20 aprel 2024-cü il şənbə günü ABŞ Nümayəndələr Palatası Ukraynaya yardımı təsdiqləmək üçün səs verib - bunun üçün Amerika büdcəsindən 60,84 milyard dollar ayrılacaq. Bu vəsaitlər bir neçə istiqamət üzrə bölüşdürüləcək. Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, 49,9 milyard dollar müdafiə xərclərinə, 7,8 milyard dollar potensial büdcə dəstəyinə, 1,57 milyard dollar isə iqtisadi yardıma yönəldiləcək. Digər 400 milyon dollar isə sərhədlərin mühafizəsi və humanitar minatəmizləmə xərcləridir. Qeyd edək ki, həmin gün ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyasının suveren aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsinin mümkünlüyü haqqında aktın qəbul edilməsinə səs verib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
1
bizimyol.info

2Sources