EN

“Arsenal” “Çelsi”ni darmadağın etdi

İngiltərə Premyer Liqasının 29-cu turundan təxirə salınan "Arsenal" "Çelsi" dueli baş tutub.

Yenisabah.az xəbər verir ki, mövsümü uğursuz keçirən "Çelsi"dən fərqli olaraq "Arsenal" çempionluğa əsas namizədlərdəndir. 

Matç meydan sahiblərinin rəqibini darmadağın etməsi ilə yadda qalıb. "Arsenal" "Çelsi"nin qapısından 5 cavabsız top keçirib. 

Bu nəticədən sonra “Arsenal” turnir cədvəlində liderliyə yüksəlib. 77 xala malik komandanı 3 xal fərqlə bir oyun az keçirən “Liverpul” izləyir. “Çelsi” isə 47 xalla 9-cu sırada qərarlaşıb.

"Arsenal" - "Çelsi" - 5:0

Qollar: Trossard, 4, Uayt, 52, 70, Havertz, 57, 65


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
116
Sources
Comment ()
Close