Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyası müdafiə nazirinin müavini İvanov Timur Vladimiroviç Cinayət Məcəlləsinin 6-cı maddəsinin 290-cı hissəsində (rüşvət almaq) nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb", - məlumatda deyilir.