EN

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri yoxlanılır.

Dövlət İmtahan Mərkəzindən "Unikal"a bildirilib ki, 2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlar xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.

Qəbul imtahanında bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki mövzudan birini seçməklə esse yazırlar.

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların yazdıqları esselərin qiymətləndirilmə meyarları DİM-in saytında yerləşdirilib.

DİM-in saytında olunmuş meyarlar müvafiq yazı tapşırığı üzrə tam bal (5 bal) almaq üçün təqdim olunub.

Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.

Daha ətraflı məlumatı DİM-in saytından əldə etmək olar.

Chosen
34
20
Sources
Comment ()
Close

Rating

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1876
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
1673
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1532
Azərbaycanda bu məhsul bahalaşdı
1470
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
1275
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
1259
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1246
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
1200
Yağıntılı hava şəraiti sabah da davam edəcək
1145
Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
1139
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1120
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1092
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
1083
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
1055
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
1032
Helikopter qəzası ilə bağlı yeni xəbər
992
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
926
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
912
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
908
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
896