Komitədən Bakupost.az -a verilən məlumata görə, “Bakcell” mobil rabitə şirkəti aprelin 22-23-də Füzuli şəhərinə köçürülən ailələrə ödənişsiz danışıq üçün sim-kart hədiyyə edib.
Dövlət Komitəsi bildirir ki, ilkin mərhələdə 78 ailə ödənişsiz danışıq imkanından istifadə edəcək. Hər bir ailəyə 2 ədəd sim-kart təqdim olunub. Həmin sim-kartlardan istifadə edən keçmiş məcburi köçkünlər öz aralarında pulsuz danışa biləcəklər. Sonradan bu sim-kartların sayının keçmiş məcburi köçkünlərin istəyi ilə artırılması da planlaşdırılıb.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə daha əvvəl köçürülmüş vətəndaşlara da “Bakcell”in ödənişsiz danışıq üçün sim-kartlarının paylanması nəzərdə tutulur.
![Füzuliyə Füzuliyə](https://www.bakupost.az/uploads/news/2024-04-23-17-11-16D4xN7SkvRhCCdaFFibLF_file.jpeg)
![Füzuliyə Füzuliyə](https://www.bakupost.az/uploads/news/2024-04-23-17-11-16SJT0AM4SiGq8ayaCvTtI_file.jpeg)