EN

Şəkidə ağacəkmə aksiyası keçirilib

Şəki, 23 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Aprelin 23-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətinin və “ASAN xidmət” mərkəzinin rəhbərliyi və əməkdaşlarının, könüllülərin iştirak etdiyi aksiyada Şəki Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə 100-dək həmişəyaşıl ağac əkilib. Əkilən tinglər suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
azertag.az

1Sources