MübarizÉ™ üçün maariflÉ™ndirmÉ™ tÉ™dbirlÉ™rinin aparılmasına baxmayaraq insan üçün böyük bÉ™la sayılan narkomaniya dünyanın bir çox ölkÉ™lÉ™rindÉ™ geniÅŸ yayılıb.Â
Bu gün ölkÉ™mizdÉ™ hÉ™yata keçirilÉ™n narkomaniyaya vÉ™ narkotiklÉ™rin qanunsuz dövriyyÉ™sinÉ™ qarşı mübarizÉ™ni ümumidövlÉ™t sÉ™viyyÉ™sinÉ™ qaldırmış vÉ™ hazırda bu strateji kurs müvÉ™ffÉ™qiyyÉ™tlÉ™ davam etdirilir. Heç kÉ™sÉ™ sirr deyil ki, narkomaniya tÉ™kcÉ™ bu günün problemi deyil, uzun illÉ™rdir ki, cÉ™miyyÉ™t bu vÉ™rdiÅŸlÉ™ mübarizÉ™ aparır. BÉ™s narkomaniyaya qurÅŸanmağının É™sas sÉ™bÉ™blÉ™ri hansılardır?Â
SÉ™hiyyÉ™ Nazirliyinin Respublika Narkoloji MÉ™rkÉ™zinin psixoloqu Ramin Allahverdiyev "Yeni AzÉ™rbaycan" - a açıqlamasında narkoasılılığa sÉ™bÉ™b olan bir çox faktorları qeyd edib.Â
"Narkotikə qurşanmağın əsas səbəbi şəxsin özündə tapa bilmədiyi hissi narkotikdə tapması prosesi kimi dəyərləndirə bilərik. Buna səbəb uşaqlıqda baş verən müəyyən proseslərdir ki, şəxsiyyətin formalaşmasına maniəçilik törətməsində rol oynayır. Narkotik qısa müddətlik çıxış yolu kimi görünsədə sonrakı həyatda ciddi şəkildə rol oynayır və insanı özünə məhkum edən bir vasitədir. Və görülən işlərə, atılan addımlara baxmayaraq həmin prosesin dayandırılması çətin olur".
Qeyd edək ki, aparılan araşdırmalar narkotikdən istifadəni genetik faktorla əlaqələndirirlər. Amma son tədqiqatlar bunun məhz uşaqlıqda baş verən psixoloji travmaların nəticəsində baş verdiyini bildirir.
R. Allahverdiyev bildirir ki, narkotikə qurşanan şəxsin düşüncələri emosional olduğuna görə məntiqi düşüncə ikinci planda qalır: "Tez böyümək istəyi, diqqət mərkəzində olmaq, başqalarının əhatəsində özünü böyük kimi göstərmək və s hisslərə sahib olan insanlar narkotikə qurşanmağa daha tez meyillidirlər. Burada əsas məsələ diqqətli olmağımızdır. Valideyn və övlad arasındakı əlaqə, empatiya belə məqamlarda çox önəmlidir. Narkotikə aparan əsas yollardan biri övlad və valideyn arasındakı müəyyən boşluqlardır. Burada ikinci bir məsələ narkotik istifadə edən şəxslərə yanaşma tərzidir".
Bəs narkomaniyadan əziyyət çəkən şəxsin müalicəsi zamanı diqqət yetirəcəyimiz məqamlar hansılardır? Narkomaniyanın müalicəsi zamanı şəxsin istifadə etdiyini maddənin növü, müddəti, onun insan psixologiyasına vurduğu zərəri nəzərə alınır. Bəzi maddələr var ki, şiddətli şəkildə ağrılar verir. Belə zamanda lazimi terapiyalar aparılır. Bu kimi proseslər maddədən uzaqlaşdırmağın müalicə metodlarından biridir.
Psixoloq son olaraq bildirir ki, maddə asıllığı olanda təkcə həmin şəxslə yox, ümumi aiə ilə söhbətlər təşkil olunmalı və onlarla mübarizə metodları müzakirə olunmalıdır: "Çünki belə olduğu halda həmin şəxs maddədən, ailə isə həmin şəxsdən asılı olur".
Havar Şəfiyeva Â