EN

Nigeriyada silahlı hücum zamanı 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər həyatını itirib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankari rayonunda hücum həyata keçirib.

Hücumda 15 nəfər həyatını itirib, çoxlu sayda adam qaçırılıb.

Qeyd edək ki, Nigeriyada son zamanlar İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatları hücumlar həyata keçirir.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
Sources
Comment ()
Close