Sumqayıtda yanğın baş verib. FHN-dən SİA-ya verilən xəbərə görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 4-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 12 p.m yanıb.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.