EN

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

QSC

Bakı, 23 aprel, AZƏRTAC

“Enerji Construction” Qapalı Səhmdar Cəmiyyətində (QSC) işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz Rayon Prokurorluğunda araşdırma aparıb.

Tovuz Rayon Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyənləşdirilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda, cəmiyyətin vəzifəli şəxsi Eldəniz Dadaşov barəsində həmin məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz regional şöbəsinə göndərilib, vəzifəli şəxs müvafiq qərarla 3 min 500 manat məbləğində inzibati cərimə edilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
66
43
Sources
Comment ()
Close

Rating

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8123
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5250
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5064
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4818
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4579
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3761
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3086
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2796
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2764
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2721
Sabah 20 dərəcə isti olacaq
2667
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2287
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2249
Röyanın biabırçı videosu yayıldı
2188
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2100
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2067
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1837
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1709
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1673
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611