EN

Ermənilər Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunu bağlayıb

Bir qrup vətəndaş Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunu Sevan gölü yaxınlığında, eləcə də İrəvan-Sevan avtomobil yolunu bağlayıb.

Onlar Azərbaycanla sərhədin delimitasiyasına etiraz edirlər. Bağlanma zamanı hər iki istiqamətdə çoxlu sayda avtomobil toplanıb. Ermənistanın sərhədyanı Tavuş rayonunda da etiraz aksiyaları keçirilib. Etirazçılar sərhəddə yerləşən Baganis, Voskepar, Kirants və Noyemberyan qəsəbələrində küçələrə çıxıb.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının səkkizinci iclası keçirilib. Ermənistan və Azərbaycan hakimiyyətləri Ermənistanın Tavuş rayonunun dörd kəndi və Azərbaycanın Qazax rayonunun dörd kəndinin ərazilərində dövlət sərhədlərinin çəkilməsi barədə razılığa gəliblər. Delimitasiya prosesində tərəflər 1991-ci il bəyannaməsinə əsaslanırlar.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
22
Sources
Comment ()
Close