EN

I rübdə dövlət büdcəsinin xərcləri rüblük proqnoza qarşı 34% - ÇOX İCRA EDİLİB

Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin xərcləri 8 milyard 412,6 milyon manat və ya təsdiq olunmuş rüblük proqnoza qarşı 2 milyard 124,9 milyon manat (33,8 faiz) çox icra edilib. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 22,9 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz bəndi çoxdur.

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsi xərclərinin 4967,1 milyon manatı və ya 59,0 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 217,5 milyon manat və ya 4,6 faiz çox), 2357,5 milyon manatı və ya 28,0 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 738,2 milyon manat və ya 45,6 faiz çox), 1088,0 milyon manatı və ya 13,0 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 890,0 milyon manat və ya 5,5 dəfə çox) yönəldilib.

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin funksional təsnifatına görə səhiyyə xərcləri 158,6 faiz icra edilməklə 507,8 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 139,6 faiz icra edilməklə 1084,7 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 124,2 faiz icra edilməklə 1364,5 milyon manat, təhsil xərcləri 121,4 faiz icra edilməklə 944,8 milyon manat,  kənd təsərrüfatı xərcləri 181,3 faiz icra edilməklə 342,0 milyon manat, iqtisadi fəaliyyət xərcləri 122,0 faiz icra edilməklə 1625,4 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 107,7 faiz icra edilməklə 544,9 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 190,7 faiz icra edilməklə 1572,9 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 100,4 faiz icra edilməklə 98,7 milyon manat,  əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 96,4 faiz icra edilməklə 228,2 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 78,3 faiz icra edilməklə 50,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 76,8 faiz icra edilməklə 48,2 milyon manat təşkil edib.

image

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
1
fed.az

10Sources