Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Bu çərçivədə, Gəncə-Qazax avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol kənarında qanunsuz qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
![](https://baku.ws/uploads/posts/2024-04/1713862138_mg_5940.jpeg)
![](https://baku.ws/uploads/posts/2024-04/1713862143_mg_5941.jpeg)