EN

Bakıda kafedən minlərlə manat oğurlanıb

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
86
23
oxu.az

10Sources