EN

Elçin Əfəndiyevdən xəbər var

Xalq yazıçısı Elçin Əfəndiyevin vəziyyəti yaxşılaşıb. Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.

 

Yazıçının hazırda xəstəxanada olduğu bildirilib:

 

“Hər şey qaydasındadır. Əhvalı da yüksəkdir. Səhhəti getdikcə yaxşılaşır. Daxili orqanlarında narahatlıq var idi. Bərpa prosesi gedir. İstanbulda olan xəstəxanaların birində əməliyyat olunub. Əməliyyatı da uğurlu keçib. Özünü yaxşı hiss edir”.


Xatırladaq ki, Xalq yazıçısı Elçin Əfəndiyev iki gün öncə İstanbulda əməliyyat edilib.

Tarix: 23 Aprel 2024, 12:15   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
7
pravda.az

8Sources