EN

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycanın İspaniyadakı səfirliyinin və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Madriddə azərbaycanlı gənc rəssamların "Art of Cultural Diplomacy" adlı sərgisi açılıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərginin açılışında çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov Azərbaycan mədəniyyəti və dünyada baş verən iqlim dəyişikliyi ilə əlaqədar olaraq bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 haqqında geniş məlumat verib. Səfir, eyni zamanda, "Dirçəliş" Mərkəzinin həyata keçirdiyi sərgilərin Azərbaycan mədəniyyətinin təbliği istiqamətində xüsusi rolunu qeyd edərək belə sərgilərin daha çox keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev çıxış edərək gələcəkdə birgə belə tədbirlərin keçirilməsində AZOROMO-nun dəstəyinin mümkünlüyünü qeyd edib. O, bu cür tədbirlərin Azərbaycan mədəniyyətinin tanıdılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev indiyə kimi dünyanın 4 qitəsində belə sərgilərin açıldığını bildirib: “İspaniyada keçirilən sərgi isə sayca bizim 25-ci sərgimizdir. Sərgilərin keçirilməsində məqsəd Azərbaycan mədəniyyətini təbliğ etmək, dünyada sülh və əmin-amanlıq olmasını, ispan və Azərbaycan gəncləri arasında mədəniyyətlərarası dialoqu inkişaf etdirməkdir”.

Sərginin açılışında Türkiyə, Macarıstan, Rumıniya, Albaniya, Gürcüstan və digər diplomatik korpusun nümayəndələri, eyni zamanda, yerli incəsənətsevərlər iştirak ediblər.

Sonda səfir Ramiz Həsənov iştirakçı rəssamlara sertifikatlar təqdim edib.

Sərgiyə aprelin 26-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
Sources
Comment ()
Close

Rating

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8123
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5251
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5064
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4818
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4579
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3761
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3086
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2798
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2764
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2721
Sabah 20 dərəcə isti olacaq
2667
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2287
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2249
Röyanın biabırçı videosu yayıldı
2189
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2100
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2067
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1837
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1709
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1673
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611