İtaliyanın “Peruca” klubunun akademiyasına olan azərbaycanlı futbolçu Toğrul Haqverdiyev böyük komandaların diqqətindədir.
Bu barədə İdmanxeber.az saytına “European Football Academy”nin (EFA) rəhbəri Vüsal Mustafayev məlumat verib. O bildirib ki, U17 millimizin sabiq üzvü “Latsio” və “Boloniya” klubları oyunçunu yaxından izləyir:
“İki klubun akademiyası da futbolçu ilə maraqlanır. “Boloniya” ilə artıq danışıqlara başlamışıq. Onunla yanaşı, “Peruca” akademiyasında olan digər azərbaycanlı futbolçular – Məsud Əlişanlı və Şahismayıl Cəfərov da D Seriyası klublarının diqqətindir. Biz isə uşaqların B Seriyasında çıxış etməsini istəyirik. “Salernitana” və “Siena” kimi komandalar artıq onlarla maraqlanır. Ümid edirik ki, hər şey futbolçularımız üçün yaxşı olacaq”.
Həsən Quluzadə