EN

“Şərq-Qərb” nəşriyyatına yeni rəhbər təyin olunacaq

“Şərq-Qərb” ASC-nin Müşahidə Şurasına sədr və üzvlər növbəti müddətə təyin ediləcək.

"Ölkə.Az"ın məlumatına görə, bununla bağlı qərar ASC-nin cari ilin iyunun 22-də keçiriləcək səhmdarlarının ümumi yığıncağında veriləcək. 

Yığıncağın gündəliyinə ASC-nin 2023-cü il üzrə illik və maliyyə hesabatlarının təsdiq edilməsi, müfəttişinin növbəti müddətə təyin edilməsi, 2023-cü il üzrə mənfəət və zərərinin bölüşdürülməsi, dividend ödənilməsi və digər cari məsələlər daxildir.

Qeyd edək ki, “Şərq-Qərb” ASC Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.

Könül
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
Sources
Comment ()
Close