ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında məlumat yayıb.
Bayden deyib ki, ABŞ-nin hərbi yardım haqqında qanun layihəsi senatda da təsdiqlənərsə, onu dərhal imzalayacaq.
Mən Co Baydenə Ukraynaya və əsl qlobal liderliyə göstərdiyi azalmayan dəstəyə görə minnətdaram”, – Zelenski qeyd edib.