EN

"NATO-nun nüvə silahı getdikcə Rusiyanın sərhədlərinə yaxınlaşır" - Polşa prezidenti

"Polşanın NATO-nun müttəfiqi kimi öhdəlikləri var və biz, sadəcə, blokun ümumi siyasətini gerçəkləşdiririk..."
 
"NATO-nun nüvə silahı Polşada yerləşdirilərsə, Rusiyanın Alyansla birbaşa hərbi toqquşması zamanı bu ölkə bizim legitim hədəfimizə çevriləcək..."
 
Nüvə silahının Polşa ərazisində yerləşdirilməsi məsələsi neçə müddətdir ki, Amerika-Polşa danışıqlarının mövzusudur.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda Polşanın "Fakt" nəşrinə müsahibəsində bəyan edib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb.
 
"Mən gizlətmirəm, məndən bu barədə soruşanda buna hazır olduğumuzu bəyan etmişəm. Rusiya Keniqsberq rayonunu getdikcə daha çox silahlandırır. Bu yaxınlarda o, Belarusda nüvə silahı yerləşdirib. 
 
Əgər müttəfiqlərimiz bizim ərazimzdə nüvə mübadiləsi çərçivəsində NATO-nun şərq cinahının təhlükəsizliyinin gücləndirilməsi üçün nüvə silahının yerləşdirilməsi barədə qərar qəbul edərsə, biz buna hazırıq", - Polşa lideri deyib.
 
"Biz Şimali Atlantika Alyansında müttəfiqik, bizim bu mənada öhdəliklərimiz var, yəni biz, sadəcə, blokun ümumi siyasətini gerçəkləşdiririk", - Duda əlavə edib.
 
"Əgər Putin bu gün Ukraynada hazırkı cəbhə xəttidə, yəni Donbassız və Krımsız sülh təklif edərsə, Ukrayna buna razılaşmalıdırmı?" sualına cavabında Polşa prezidenti belə cavab verib:
 
"Rusiya bu müharibəni uda bilməz, bu, əsas məsələdir, mən harada olmağımdan asılı olmayaraq, bu fikri müdafiə edəcəyəm. Ukraynanın özünü müdafiə etməsi üçün hər şeyi etmək lazımdır. 
 
Təkrar edirəm, Rusiya bu müharibəni uda bilməz, Ukrayna isə təhlükəsizlik zəmanəti əldə etməlidir, yaxşl olardı ki, bunu Şimali Atlantika Alyansının üzvü olaraq etsin. Sülh danışıqlarının mümkünlüyünə gəldikdə, belə danışıqların aparılmasına yalnız Ukrayna qərar verə bilər".
 
Bu ərəfədə Ukrayna prezidenti Vladimir Zelenski Putinin Ukrayna üzərində qalib gələcəyi tədqirdə öz qoşunlarını göndərəcək ölkələrin sırasında Polşanın da adını açıqlayıb.
 
Bu arada isə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Polşa hakimiyyətinin NATO-nun nüvə silahının yerləşdirilməsi barədə bəyanatı təxribatdır.
 
Zaxarovanın sözlərinə görə, Polşa rəhbərliyinin "belə təxribatçı bəyanatları" onun üçün yenilik deyil.
 
"Varşava ABŞ-ın Avropada yerləşdirilən nüvə silahına daha möhkəm söykənməyə cəhd edir və özünün Rusiyaya münasibətdə çox dərin düşmənçilik siyasətini gizlətmir", - o, deyib.
 
Diplomat qadın belə bir fikir ifadə edib ki, Polşaya nüvə Alyansl olan NATO blokunun üzvü olması açıq-aşkar kifayət etmir". 
 
Zaxarova qeyd edib ki, Varşava Şimali Atlantika Alyansının birgə nüvə missiyalarının işlənib hazırlanmasında fəal iştirak edir, bu dövlət belə əməliyyatlara birbaşa dəstək verir.
 
"Bütün bunlar ona gətirib çıxarır ki, Rusiya öz hərbi planlaşdırmasında Polşaya və bu ölkənin iştirakı ilə yaranan təhlükələrə xüsusilə diqqətlə yanaşır", - Zaxarova qeyd edib.
 
Onun sözlərinə görə, "Polşa amili" Rusiya və Belarus tərəfindən "İttifaq Dövlətinin təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə əlavə tədbirlərin qəbul edilməsi prosesində" nəzərə alınıb.
 
"Lakin, görünür, Varşava Rusiya Baş Qərarahında hərbi planlaşdırıcıların diqqətinin daha çox cəlb edilməsinə çalışır", - Zaxarova təhdid edib.
 
O, Amrerika nüvə silahının Polşa ərazisində peyda olacağı halda bu obyektlərin "NATO ilə birbaşa hərbi toqquşma vəziyyətində məhv ediləcək legitim hədəflər siyahısına dərhal əlavə ediləcəyini" vəd edib.
 
Öz növbəsində Kremlin mətbuat katibi Dmitri Peskov əmin edib ki, rusiyalı hərbçilər Amerika nücə silahının Polşada mümkün yerləşdirilməsinə cavab addımları atacaq.
 
"Aydındır ki, hərbçilər belə planların gerçəkləşəcəyi təqdirdə vəziyyəti təhlil edəcək. Düşünürəm ki, istənilən halda bizim təhlükəsizliyimizin zəmanəti üçün bütün zəruri cavab addımları atılacaq", - o, deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
159
36
moderator.az

10Sources