EN

"Yelo Bank"ın xalis mənfəəti 3 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az
Yelo Bank-ın xalis mənfəəti 2024-cü ilin ilk rübündə (yanvar-mart ayları) 3,4 dəfə artaraq 14 milyon 125 min manata çatıb.
Banco.az bankın maliyyə hesabatına istifadən xəbər verir ki, 2023-ci ilin eyni dövründə Yelo Bank-ın mənfəəti 4 milyon 123 min manat təşkil edib.
2024-cü ilin birinci rübünün sonunda bankın cəmi aktivləri 1 milyard 130 milyon 811 min manat olub, bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 300,5 milyon manat, yəni 36,2% artım deməkdir. 
Hesabat dövründə bankın həm kredit, həm də əmanət portfeli böyüyüb.
Birinci rübdə Yelo Bank-ın ümumi kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 162 mln. 757 min manat və ya 25,4% artaraq 802,5 milyon manat təşkil edib. Ən sərfəli kredit üçün müraciət et



Qeyd edək ki, bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 260,4 milyon manat (45,1%) artaraq 837 milyon 248 min manata yüksəlib.


Bizi sosial şəbəkələrdən izləyin!!
Facebook
Instagram
Telegram

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
114
21
banco.az

10Sources