EN

Həmvətənlərə problem yaradan qatillər - Onların cinayətinə başqaları da cavab verməli olur

Bu günlərdə Moskvada daha bir gənc həmyerlimiz qətl törədib və bu, Rusiyada böyük ajiotaja səbəb olub.
 
Neçə vaxtdır ölkə boyunca onsuz da kükrəmiş anti-miqrant dalğası artıq postsovet ölkələrindən olan mühacirlərə qarşı sunamiyə çevrilmək üzrədir.
 
Son illərdə belədir: hər gün Rusiyada onlarla qətl hadisəsi törədilsə də, onlardan biri və ya ikisi seçilir, ümummilli müzakirə obyektinə, kütləvi hiddət səbəbinə çevrilir.
 
Bunlar mühacilərin törətdiyi qətllərdir. Köklü, yerli adamların, daha dəqiqi, slavyan mənşəli rusiyalıların bir-birinə öldürməsinə hamı sakit yanaşır. Bu hal “olan şeydir, həyatda belə şeylər olur” prizmasından şərh olunur.
 
Qatilin qafqazlı və asiyalı olması isə məsələyə başqa don geydirir. Ruslar bunu millətə sataşma, dövləti təhdid etmə kimi qiymətləndirirlər.
 
Bu, əlbəttə, anormal haldır, ictimaiyyətdə şovinizmə, ksenofobiyaya meyllənmənin güclənmiş olmasının göstəricisidir.
 
Əslinə qalsa, təkcə ruslar deyil, başqa ölkələr də, o cümlədən biz də qatillər arasında fərq qoyuruq. Bir əcnəbi gəlib Bakıda həmvətənimizi öldürsə, ellikcə qeyzlənirik, “cinayətkar əcnəbiləri ölkəyə dolduranlar”ı qınayıyırıq.
 
Ancaq həmin şəxsi öz qonşusu öldürsə, qatili yekdilliklə qınamırıq, ən azı iki tirəyə parçalanırıq və hələ cinayətin motivi məlli olmadan ortaya qatilə haqq qazandıracaq fikirlər çıxır: “Yəqin ki, namus məsələsidir”; “Yüz faiz söyüşə görə olub”; “Ola bilər, içkili olub, dalaşıblar, birinin əlindən xəta çıxıb” və s.
 
Bir iş var ki, Rusiyada bu xüsusda ifrata varırlar. 10 il öncə Moskva ətrafında Yeqor Şerbakov adlı bir gənci bıçaqlayan həmvətənimiz Orxan Zeynalovu vertolyotla, çəkiliş qrupu ilə, meşələrdə təqib edərək yaxalamışdılar və birbaşa Rusiyanın daxili işlər nazirİ Vladimir Kolokoltsevin hüzuruna gətirmişdilər.
 
Sanki Zeynalov kütləvi qətliam törətmiş və uzun zaman gizlənmişdi. Yaxud da elə çıxırdı ki, o, bin Laden kimi dünya boyunca axtarılan və ələ keçən terroristdir.
 
Nazir Hollivud aktyorlarının ədası ilə Zeynalovun 1 metrliyinə qədər yaxınlaşmışdı və dəlici nəzərlərlə onun gözlərinin içinə baxmışdı.
 
Telekanallar bütün bu ikrahdoğurucu epizodları xalqa nümayiş etdirirdilər ki, qisas hissi coşmuş xalqın ehtirası soyusun.
 
Sonda məhkəmə Orxan Zeynalova 17 il həbs cəzası kəsdi. O zaman Azərbaycan mediasında Zeynalovun məruz qaldığı ayrı-seçkilik geniş işıqlandırılırdı. Ona görə də ki, ona bu qədər ağır cəzanı sırf rus olmadığı, azərbaycanlı olduğu üçün kəsirdilər.
 
Bununla belə, elə çıxırdı ki, biz soydaşımız olduğu üçün qatili müdafiə edirik.
 
İndi maşın saxlamaq üsütündə Kirill Kovalyov adlı rusu öldürən həmvətənimiz Şahin Abbasovla bağlı da eyni durum yaranıb. Yenə Moskvanın güc strukturları ayağa qalxaraq, səfərbər olunaraq qatili yaxaladılar və yeni bir tamaşa qurdular. Kovalyovu rus İvanov öldürmüş olsa, bu, baş verməyəcəkdi.
 
Söz yox, belə hadisələr, tüğyan edən ayrı-seçkiliklər istər-istəməz adama toxunur, ancaq biz nəzərə almalıyıq ki, demək olar ki, heç nə üstündə qətl törədən həmyerlilərimiz istənilən cəmiyyət üçün təhlükəlidirlər. Onlar Bakıda, Gəncədə, Sumqayıtda olsalar, yenə də ciddi bir səbəb olmadan bıçağa ələ atacaqdılar. O zaman biz onları müdafiə edəcəkdikmi və ya etməliyikmi? Əsla.
 
Ona görə də vaxtilə ölkədən getmiş, özünə başqa məkanlarda gün-güzəran düzəltmiş, zövq-səfa içində yaşayan və bir gün harınlığından cinayət törədən adamları müdaifə etmək heç də boynumuzun borcu deyil. Qoy xaricdə yaşayan həmvətənlərimiz yaşadıqları ölkənin qanunlarına tane olsunlar və bu cür mənfi səciyyəli hərəkətləri ilə millətin adını batırmasınlar, şovinist qüvvələrin əlinə minlərlə günahsız soydaşlarımızın üstünə yeriməyə bəhanə verməsinlər.
 
Xatırladaq ki, Orxan Zeynalovun hadisəsindən bir-iki gün sonra yerli ekstremistlər onun işlədiyi meyvə-tərəvəz bazasına hücum edərək, hər yanı dağıtmış, Zeynalovla uzaqdan-yaxından tanışlığı olmayan insanlar döymüşdülər.
 
Tacik miqrantlar tərəfindən “Krokus”da törədilən dəhşətli terror aktından sonra bu, Rusiyada çox həssas məsələdir. Gerçəkdən də qığılcımdan alov doğa bilər. Yaxın zamanlarda o ölkədə olan gərginlik necəsə boşalmasa, bütün miqrantları kütləvi təqib, qeyri-rəsmi deportasiya, talanlar, qətllər gözləyir.(musavat.com)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
240
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23500
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
19226
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16790
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14601
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11472
Helikopterin qalıqları tapılıb
10124
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7349
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6715
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5563
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5380
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4216
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4212
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3680
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2956
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
2679
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2189
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
1980
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1866