EN

Şəkidə 64 yaşlı qadın itkin DÜŞDÜ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Şəkidə 64 yaşlı qadın itkin düşüb.

"Unikal" xəbər verir ki, rayonun Cumakənd kənd sakini, 1960-cı il təvəllüdlü Mikayılova Çimnaz Vahab qızı aprelin 19-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 156 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qarışıqdır.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (024) 244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Chosen
200
47
1

1Sources

Comment ()
Close