EN

Messi dubl etdi, Busqets fərqləndi

style='margin-bottom:10px;'>

Məşhur futbolçu Lionel Messinin də formasını geyindyi "İnter Mayami" MLS-də 10-cu tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda DVR stadionunda "Naşvil"lə qarşılaşıb. "İnter Mayami" rəqibini 3:1 hesabı ilə məğlub edib.

2-ci dəqiqədə "İnter Mayami"nin futbolçusu Franko Neqri topu öz qapısına göndərib.

Lionel Messi 11-ci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib. 39-cu dəqiqədə Serxio Busqets qapını dəqiq nişan alıb və komandasını önə keçirib. 81-ci dəqiqədə Messi penaltini dəqiq yerinə yetirərək dubl edib və görüşdə son nöqtəni qoyub - 3:1. 

Qeyd edək ki, hazırda turnir cədvəlində "İnter Mayami" 18 xalla liderdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
226
17
Sources
Comment ()
Close