EN

“Taxta bazarı” adlanan ərazidəki yanğın məhdudlaşdırılıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən Ednews-a  məlumat verilib.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Chosen
223
8
ednews.net

10Sources