EN

"Neftçi"nin baş məşqçisi: Finalda qələbə qazanacağımıza inanırdıq

Qələbə qazanacağımıza inanırdıq.

Bunu "Report"a açıqlamasında "Neftç"nin basketbol komandasının baş məçqçisi Anar Sarıyev "Xəzri"yə 65:61 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunu barədə danışarkən deyib.

Mütəxəssis matçın startının onlar üçün çətin keçdiyini söyləyib: "Rəqib hücumda daha yaxşı idi. Biz isə müdafiədə pis təsir bağışladıq. Lakin özümüzü toparladıq və qələbə qazana bildik. İlk dəqiqələrdən bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm".

Anar Sarıyev "ağ-qaralar"ın avrokubokda iştirak etmək ehtimalına toxunub: "Klubun rəhbəri Sadıqov Sadıqov da bunu istəyir. Kuboku qazanmaq komandaya mənəvi cəhətdən çox faydalı olacaq. Oyunçularımız daha çox motivasiya topladılar".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
50
Sources
Comment ()
Close