Qvardiola: "Liverpul"a heyranam"
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis "Liverpul" klubu haqda fikirlərini bölüşüb:
"Liverpul"a heyranam. Bu mövsüm nə olur olsun, bu fikrim dəyişməyəcək. Yurgen Kloppa bunu demişəm. Onunla üz-üzə gələndə əlavə həyacan, motivasiya olur. Onlara heyranam".
"Mançester Siti" Premyer Liqada 73 xalla birinci sıradadır. "Liverpul" isə 71 xalla üçüncü pillədə qərarlaşıb.