Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ilk matçında "Qarabağ" "Qəbələ" ilə üz-üzə gəlib.
Qarşılaşma heç-heçə başa çatıb - 2:2. Qonaqlarda 19-cu dəqiqədə Bilel Auaşeriya fərqlənib. "Köhlən atlar"da 66-cı dəqiqədə Yassin Benzia, 71-ci dəqiqədə Abdullah Zubir rəqibi məyus edib. 85-ci dəqiqədə "Qəbələ"dən Yaovi Akakpo görüşdə son nöqtəni qoyub.
Çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" xallarının sayını 73-ə çatdırıb. Sonuncu-onuncu sıradakı "qırmızı-qaralar"ın 17 xalı var.
Qeyd edək ki, günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Ötən gün "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
7Sources
-
bakivaxti.az"Qarabağ" "Qəbələ" oyununda məhsuldar heç-heçə ( 5674765)
-
manset.az“Qarabağ” “Qəbələ” ilə heç-heçə etdi ( 5674102)
-
qafqazinfo.az“Qarabağ” “Qəbələ” ilə heç-heçə etdi ( 5673766)
-
sfera.az“Qarabağ” “Qəbələ” ilə heç-heçə etdi ( 5673490)
-
poliqon.azPremyer Liqa: "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib ( 5673211)
-
publika.azPremyer Liqa: "Qarabağ" "Qəbələ" ilə heç-heçə etdi ( 5673271)
-
demokrat.azPremyer Liqa: "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib ( 5673091)